9 oktyabr 2013 00:48
İnter Gürcüstanda məşqə çıxdı (FOTOREPORTAJ)
Məlum olduğu kimi, Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən "İnter" komandası təlim-məşq toplanışı keçirmək üçün Gürcüstana yollanıb. Azerisport.az xəbər verir ki, ötən gün səhər saatlarında paytaxt Tiflisə çatan komanda "Golden Palace" otelində məskunlaşıb.
“Bankirlər” artıq toplanış çəqşivəsində ilk məşqini də keçirib. İsinmə hərəkətlərindən sonra futbolçular əsasən müəyyən məsafələrə qaçış hərəkətlərini yerinə yetiriblər. Məşq prosesi "kvadrat" oyunuyla başa çatıb.
Bu gün komandanın gün ərzində iki məşq etməsi planlaşdırılır.
Əlavə edək ki, “İnter” toplanış çərçivəsində yoldaşlıq matçı da keçirməyi planlaşdırır. Rəqib komandanın adı tezliklə məlum olacaq. Paytaxt klubu oktyabrın 13-də vətənə dönəcək və növbəti turun oyununa "Şəfa" stadionunda hazırlaşacaq.
