8 oktyabr 2013 15:04

Ramin Musayev: Bu hissləri Naxçıvanda da yaşayacağıq

22-ci Azərbaycan kubokunun püşkatma mərasimində iştirak edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
 
“22-ci Azərbaycan kubokunda 20 komanda mübarizə aparacaq. Bunlardan 10-u Topaz Premyer Liqasını, qalanları isə Birinci Divizionu təmsil edir. “Karvan”, “Turan-T”, “Energetik”, “Göyəzən”, “Şəmkir” və “Bakılı” komandaları kubok uğrunda mübarizə aparmayacaqlar. Püşkatmanın keçirilməsində yeniliklər etmişik. Yeni qaydaya əsasən komandaların reytinqinə görə müəyyən olunmuş səbətlərin qarşılaşması dəyişilib. Belə ki, 1-ci səbətdə olan komandalarla 3-cü səbətdəkilər, 2-ci səbətdəki komandalarla 4-cü səbətdəkilər qarşılaşacaq”.
 
Püşkatma mərasimindən sonra Ramin Musayev Azərbaycan Superkubokunun keçirilmə tarixi və yerinin müəyyənləşdiyini bildirib: “Azərbaycan Superkuboku uğrunda oyun oktyabrın 23-də Naxçıvan şəhərində keçiriləcək. Azərbaycanın hər bir güşəsi bizim üçün əzizdir. Gəncədə keçirilmiş “Qızıl oyun”da, Quzanlı qəsəbəsində “Qarabağ” – “İnter” oyununda stadiona gələn azarkeşləri görmək çox gözəl hiss idi. Ümid edirəm ki, bu hissləri Naxçıvanda da yaşayacağıq, Naxçıvan xalqının futbola böyük sevgisi var. Hər bir komandanın Azərbaycanın istənilən yerində azarkeşləri var”.
 
“Şahin Diniyevin “Rəvan”a baş məşqçi təyin olunması münasibəti ilə klubu təbrik edirəm. Komandaya çox xeyir verəcəyini düşünürəm və gələn mövsüm mükafatçılar sırasında olacağına inanıram”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.