8 oktyabr 2013 15:15
Lans ikinci pilləyə yüksəldi (FOTOREPORTAJ)
“Bakı”nın prezidenti Hafiz Məmmədovun himayədarlıq etdiyi "Lans" klubu Fransa ikinci liqasında növbəti görüşünü keçirib. Azerisport.az xəbər verir ki, "Land of Fire Azerbaijan" (Odlar Yurdu Azərbaycan) yazısını köynəyində daşıyan komanda 10-cu tur səfərdə "Arles-Aviqnon"la qarşılaşıb.
"Lans" bu matçda qələbə qazanacağı halda, turnir cədvəlinin birinci pilləsinə yüksələcəkdi. Amma qarşılaşmada qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk ediblər - 1:1.
Qeyd edək ki, bu nəticədən sonra xalını 18-ə yüksəldən "Lans" turnir cədvəlinin ikinci pilləsində möhkəmlənib.
