8 oktyabr 2013 15:47

Əfran İsmayılov: Biz Foqts üçün yox, Azərbaycan üçün oynayırıq

Futbol üzrə Azərbaycan yığmasının və “Bakı”nın yarımmüdafiəçisi Əfran İsmayılovun azerisport.az saytına müsahibəsi
 
- Şimali İrlandiya ilə oyundan nə gözləyirsiz?
- Biz Belfastda onlarla heç-heçə oynasaq da, bu nəticə heç kimi yanıltmamalıdı. Biz hazırda Rusiya ilə oyun barədə qətiyyən düşünmürük. Bütün diqqətimizi Şimali İrlandiya ilə görüşə yönəltmişik. Şimali İrlandiyanı öz meydanımızda qəbul edəcəyik və qələbə qazanmağa borcluyuq. Biz bu tsikldə çox xal itirmişik. Son oyunlarda bunun əvəzini çıxmalıyıq. Artıq itiriləsi heç nəyimiz yoxdu.
 
- Xeyli müddət idi yığmada yox idiniz...
- Bəli, zədə üzündən bir neçə oyunu buraxmalı oldum. Amma həsrət uzun sürmədi. Həmişəki kimi yenidən yığmada olduğum üçün qürur duyuram. Millimizin uğuru üçün əlimdən gələni edəcəm.
 
- Son iki oyun Berti Foqtsun Azərbaycan yığmasındakı taleyi baxımından da önəmlidi. Futbolçular bu barədə nə düşünürlər?
- Bilirik ki, bu, onun yığmamızdakı son oyunlarıdı. Amma onun yığmada qalıb-qalmayacağının bizim üçün fərqi yoxdu. Biz Berti Foqtsa görə yox, Azərbaycan üçün oynayırıq.
 
- Əgər Şimali İrlandiyanı məğlub edə bilməsəz, son seçmə mərhələlərdəki ən pis nəticəmizə imza atacaqsız. Çünki Rusiya DÇ-2014-ə vəsiqə uğrunda mübarizə aparır və çətin ki, onlardan xal almaq mümkün olsun...
- Deməli, Şimali İrlandiyaya mütləq qalib gəlməliyik. Həm də bu oyundakı qələbə bizi Rusiyadan da xal almağa ruhlandıra bilər.
 
- Şimali İrlandiyanın son oyunlarına baxmısız?
- Hələ yox. Amma rəqibi analiz etməyə də vaxtımız olacaq. İstənilən halda bizə tanış rəqibdi.
 
- Necə oynamağa hazırlaşırsız?
- Hələ bu oyunlarda necə davranacağımızı bilmirəm. Ən azından Şimali İrlandiya ilə oyunda ilk dəqiqələrdən hücuma atılacağımızı düşünürəm.
 
- “Bakı”da o qədər də sabit çıxış etmirsiz. Özünüzü necə hiss edirsiz?
- Özümü 80 faiz hazır sayıram. Bir qədər də çalışsam, optimal forma toplaya bilərəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.