8 oktyabr 2013 16:08
Azərbaycan Super Kuboku uğrunda oyuna iki hakim namizəddi
Futbol üzrə Azərbaycan Super Kuboku uğruna keçiriləcək oyunu idarə etməyə iki hakim namizəddi. Azerisport.az xəbər verir ki, onlardan biri Əliyar Ağayev, digəri isə Rəhim Həsənovdu.
Qeyd edək ki, Peşəkar Futbol Liqası son çempion “Neftçi” ilə kubokun qalibi “Xəzər Lənkəran” arasında keçirilməli olan bu oyunu Naxçıvanda təşkil etməyi planlaşdırır. Qarşılaşma oktyabrın 23-də baş tutacaq.
