8 oktyabr 2013 17:33
Vaqif Sadıqov: Qarabağla gec-tez qarşılaşacaqdıq
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Azərbaycan Kubokunun püşküylə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Bu gün zəif rəqib yoxdu. Digər tərəfdən “Qarabağ”la nə vaxtsa qarşılaşmalıyıq. Bu gün olmasa, sabah bu komandayla oynaya bilərdik. Püşkü normal qiymətləndirirəm. Heyətdə itkilərə baxmayaraq, oyuna hazır olacağıq. Çünki, biz komanda futbolu oynayırıq. Hər oyunda da maksimum güc sərf etməyə çalışırıq. Azərbaycan Kubokunda mümkün qədər irəli getməyə çalışacağıq”.
