9 oktyabr 2013 18:54
Şimali İrlandiya yığması: öncə mətbuat konfransı, sonra açıq məşq
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də, “Bakcell Arena”da Azərbaycan milli komandası ilə qarşılaşacaq Şimali İrlandiya yığmasının mətbuat üçün açıq məşqinin və baş məşqçinin mətbuat konfransının vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, sabah – oktyabrın 10-da, saat 16:00-da baş məşqçi Maykl O'Nillin mətbuat konfransı baş tutacaq.
Tədbir “Hilton” otelində keçiriləcək.
Saat 19:00-da isə Şimali İrlandiya yığmasının mətbuat üçün ilk 15 dəqiqəsi açıq olan məşqi baş tutacaq. Hazırlıq prosesi matçın keçiriləcəyi "Bakcell Arena"da gerçəkləşəcək.
