9 oktyabr 2013 20:27
Rəvan Şahin Diniyevlə ilk məşqə çıxdı (FOTO)
"Rəvan” bu gün yenidən məşqləri bərpa edib. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasının 9-cu turunda "Xəzər Lənkəran”la keçirilən oyundan sonra 4 günlük istirahətə buraxılan futbolçular yenidən bir araya gəlib.
"Dalğa Arena”da keçirilən məşq həm də yeni baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında keçdiyi ilk hazırlıq olub. Məşqdən əvvəl isə yeni baş məşqçi komandaya təqdim olunub. Klubun vitse-prezidenti Bəhruz Şirəliyev və idman direktoru Füzuli Əliyevin də iştirak etdiyi tədbirdə Diniyev futbolçulara öz oyun konsepsiyasını izah edib və yetirmələri ilə səmimi söhbət edib.
Məşqə gəlincə, hazırlıq təxminən 1 saat davam edib. Məşqdə Elvin Həsənəliyev və Aqil Nəbiyev fərdi proqram əsasında çalışdısa, qalan bütün futbolçular komanda şəklində hazırlaşdı. Yalnız zədə üzündən ili başa vuran Tofiq Mikayılovla Tacikistan yığmasının düşərgəsində olan Sohib Savankulov Diniyevin ilk məşqinə qatılmadı. (klub saytı)
