10 oktyabr 2013 18:53
Azərbaycan məğlubiyyətlə başladı (YENİLƏNİB)
Bu gün 19 yaşadək futbolçular arasında AÇ-2014-ün seçmə mərhələsi çərçivəsində 3-cü qrupun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, millimizin də yer aldığı bu qrupun oyunları İsveçdə keçirilib.
Millimiz ilk oyununu İrlandiyaya qarşı keçirib. Arif Əsədovun yetirmələri qrupdan çıxmaq yolunda start matçını qalib başa vurmağa borcluydu. Lakin təəssüf ki, futbolçularımız bu görüşü məğlub başa vurublar.
Qeyd edək ki, bu qrupun digər matçında da Bosniya və Herseqovina İsveçlə üz-üzə gələcək.
Yığmamız növbəti matçını oktyabrın 12-də Bosniya və Herseqovinaya qarşı keçirəcək.
AÇ-2014-ün seçmə mərhələsi
3-cü qrup
10 oktyabr
Azərbaycan - İrlandiya - 0:2 (0:1)
Qol: O'Sullivan, 34 (0:1), O'Hanlon, 83 (0:2).
Azərbaycan: 1. Mustafa Yaman, 3. Şirməmməd Məmmədov, 4. Sadiq Quliyev (k), 8. Elvin Camalov, 14. Adil Nağıyev, 5. Elvin Bədəlov, 9. Coşqun Diniyev (16. Elnur Mustafazadə, 57), 17. Şamil Camaləddinov (10. Orxan Əliyev, 76), 7. Namiq Ələsgərov, 11. Ruslan Nəsirli, 18. Samir Məsimov (15. Budaq Nəsirov, 42).
Ehtiyat oyunçular: 12. Ziyadxan Məmmədov, 19. Bilal Abbaszadə, 6. Kamran Abdullazadə, 20. Fəhmin Muradbəyli.
Baş məşqçi: Arif Əsədov.
İrlandiya: 1. Qrimes, 2. Baba, 3. Moseley, 4. Makfadden, 12. Lonq (k), 6. Braun, 7. O'Halloran (10. Kelli, 75), 8. Mulroney, 9. O'Sullivan, 11. O'Hanlon, 14. Viksted (17. Makkarti, 18).
Ehtiyat oyunçular: 16. Faqan, 5. Kliri, 13. Toner, 15. Krove, 18. O'Konnor.
Baş məşqçi: Paul Doolin.
