10 oktyabr 2013 00:17
“Rusiyada xal almağımız real görünmür”
Veteran futbolçu Yunis Hüseynov Azərbaycan yığmasının Şimali İrlandiya və Rusiya ilə oyunları haqda danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Şimali İrlandiya ilə oynamaq olar. Futbolçularımız əzmkarlıq sayəsində 1 xal qazana bilərlər. Əlbəttə, biz istərdik ki, qələbə olsun. Amma Şimali İrlandiyadan 1 xal alacağımıza inanıram. Rusiya ilə oyun daha çətin olacaq. Fabio Kapellonun komandası Bakıya arxayın gəlməyəcək. Onlar 3 xal üçün 90 dəqiqə hücum edəcəklər. Bu mənada Rusiyada xal almağımız real görünmür”.
