10 oktyabr 2013 00:45
İnterin Gürcüstan toplanışı davam edir (FOTOLAR)
“İnter”in Gürcüstanın Tiflis şəhərindəki təlim-məşq toplanışı davam edir. Azerisport.az xəbər verir ki, hazırlıq planına əsasən, ötən gün iki məşq baş tutub.
Səhər məşqi “Olimpik” UGFM-nin meydançasında keçirilib. Məşq qaçış və isinmə hərəkətlərilə başlayıb, sonra futbolçular “stansiya” adlanan fiziki hərəkətləri yerinə yetiriblər.
Axşam məşqi “Lokomotiv”in təlim-məşq bazasında baş tutub. Bu məşğələdə futbolçular topla çalışıblar, sonra iki komandaya ayrılaraq ikitərəfli oyun keçiriblər.
Qeyd edək ki, bu gün də iki məşqin keçirilməsi planlaşdırılır.
