9 oktyabr 2013 12:59
Böyükağa Hacıyev: Super Kuboku məşqçilər korpusu mənsiz də qazanmağa borcludu
“Neftçi” futbol klubunun sabiq baş məşqçisi, hazırda klub prezidentinin müşaviri Böyükağa Hacıyev Super Kubokla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Super Kubokun bərpa olunması yaxşı haldı. Bu futbola marağı daha da artıracaq. Əksər ölkələrdə Super Kubok uğrunda görüş keçirilir. Bu mənada Azərbaycan da istisna olmamalıdı. Görüşün Naxçıvanda keçirilməsi də yaxşı haldı. Son mövsüm “Neftçi” rəhbərliyim altında Azərbaycan çempionu oldu, ölkə kubokunu qazandı. “Qızıl dubl”dan sonra yalnız Super Kubok qalırdı. Fikrimcə, çempionluq və kubokdan sonra “Neftçi” Super Kuboku mənsiz də qazanmağı bacarmalıdı. Məşqçilər korpusu Super Kuboku mənsiz də qazanmağa borcludu”.
