10 oktyabr 2013 00:22
“Hədəfimiz Azərbaycanla oyunda 3 xal qazanmaqdı”
Futbol üzrə Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O`Nil DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, öncə komandadakı problemləri açıqlayıb:
“Bizim yeganə problemimiz Nial Makqinndi. Ciddi bir şey yoxdu. Sadəcə, zədəsini sağaltması lazımdı”.
“Bizim yeganə problemimiz Nial Makqinndi. Ciddi bir şey yoxdu. Sadəcə, zədəsini sağaltması lazımdı”.
O, yığmamızla görüşdə heyətdə müəyyən dəyişikliklər edəcəyini gizlətməyib: “Heyətdə dəyişikliklər olacaq. Amma bunun səbəbi Lüksemburqa məğlubiyyət deyil. Sadəcə, futbolçuların hamısı klublarında daimi oyun təcrübəsinə malik deyil. Bu üzdən müəyyən məqamları nəzərə almalıyıq”.
44 yaşlı mütəxəssis Lüksemburqla görüşdəki yenilgini də xatırlayıb: “Əlbəttə, biz Lüksemburqa məğlubiyyətə görə çox məyusuq. Amma uşaqlar indi özlərini göstərmək, bəraət qazanmaq şansına malikdilər. Onlar qarşıdakı oyuna çox gözəl kökləniblər”.
“Biz Portuqaliya və Lüksemburqa qarşı keçirdiyimiz son oyunları yaxşı analiz etmişik. Həm yaxşı, həm də mənfi məqamlar olub. Amma yaxşı komanda ruhuna malikik. Bizim əsas hədəfimiz Azərbaycanla oyunda üç xal qazanmaq və İsraillə görüşə yaxşı köklənməkdi. Bu üzdən biz hər iki matça eyni qaydada hazırlaşmalıyıq. Çünki son oyunlar bizim üçün eyni dərəcədə vacib əhəmiyyət daşıyır”.
Şimali İrlandiya yığmasının çalışdırıcısı heyətdəki gənc futbolçular barədə də danışıb: “Komandamız indi o qədər də təcrübəli sayıla bilməz. Amma son uğursuzluqlar bizim üçün yaxşı dərs olub. Bu üzdən də onlar hələ öyrənməlidilər. Əksər futbolçular üçün bu, ilk seçmə mərhələdi. Bakıda Lüksemburqa qarşı oynadığımız kimi çıxış edə bilmərik”.
