9 oktyabr 2013 14:25
Nazim Süleymanov: Rubinə Ruslan Abışova görə azarkeşlik edirik
Futbol üzrə Azərbaycan millisinin məşqçisi Nazim Süleymanov yığmanın futbolçusu Ruslan Abışovun Rubindəki karyerası barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycanda “Rubin” azarkeşlərinin sayı artıb. Bütün bunlar yığmanın futbolçusu Ruslan Abışovla bağlıdı. Kazan təmsilçisinə Abışova görə azarkeşlik edirik. Fikrimcə o düzgün yoldadı. Gərək Ruslan üzərində daha çox işləsin. Yalnız gərgin məşqlər onu “Rubin”in liderlərindən birinə çevirə bilər. Rəqabətdən qorxmaq lazım deyil. Sadəcə özünə inanmaq lazımdı. “Rubin” adi klub deyil. Avrokuboklarda stabil çıxış edən komandalardan birdi. Abışovun” Rubin”də əsas futbolçulardan birinə çevriləcəyinə inam böyükdü”.
