9 oktyabr 2013 14:50
Böyükağa Hacıyev: Bakıda Şimali İrlandiyanı məğlub etmək realdı
"Neftçi" futbol klubunun sabiq baş məşqçisi Böyükağa Hacıyev yığma komandanın Şimali İrlandiya və Rusiya ilə oyunları haqda danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Şimali İrlandiya ilə oyunda azı 1 xal qazanmalıyıq. Doğma meydanda bu komandanı məğlub etmək realdı. Əlbəttə, rəqibə hörmətlə yanaşmalıyıq. Amma Şimali İrlandiya qorxulu rəqib deyil. Onlarla yaxşı oynasaq, Rusiya ilə da oyuna normal hazırlaşa bilərik. Fabio Kapellonun komandasıyla matç daha çətin olacaq. Rusiyanı Bakıda dayandırmaq rəqibə öldürücü zərbə olacaq. Hər şey futbolçulardan asılıdı”.
