9 oktyabr 2013 15:42
Mircavadov: Moskvadakı 0:2 hesablı məğlubiyyətin qisasını almaq istəyirik
Futbol üzrə veteranlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Ağasəlim Mircavadov oktyabrın 15-də Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirəcəkləri Rusiyaya qarşı oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Neftçi”nin bazasında məşq edirik. Kim imkan tapırsa, gəlib hazırlaşır. Yadınızdadısa, biz ötən il Moskvada 0:2 hesabı ilə uduzmuşduq. Mən həmin oyunda olmamışdım. Amma uşaqlar danışırlar ki, rəqibin heyətində gənc oyunçular da var imiş. Bu dəfə isə meydana yaşı 40-dan yuxarı olan veteranlar çıxacaqlar. Komanda Rusiyadan qisas almaq istəyir”.