9 oktyabr 2013 15:57
"Nə vaxta qədər yerli oyunçu tapa bilməyəcəmsə, millidə braziliyalılara güvənəcəm”
Futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Joze Alesionun azerisport.az saytına müsahibəsi
- “Araz”ın UEFA Kubokundakı çıxışı barədə nə deyə bilərsiz?
- Biz öz vəzifəmizin öhdəsindən gəldik. Halbuki, bizə nə qeyri-adi qruplardan biri düşmüşdü. Komandamı yaxşı oyuna və elit raunda çıxması münasibətilə təbrik edirəm.

- Son oyunda Rumıniya “Tarqu Mureş”inə niyə qalib gələ bilmədiniz?
- Bu oyunda Edu, Buranello, Amadeu çıxış etmirdi. Buna baxmayaraq, 2:0 hesabıyla öndəydik. Lakin aparıcı oyunçuların olmaması sonda nəticəyə təsir etdi. Bu oyunçuların yoxluğu da onunla əlaqədar idi ki, sarı vərəqə almalarını və elit raundu buraxmalarını istəmirdik.

- Mövsüm ərəfəsində əsas oyunçulardan Rizvan Fərzəliyevlə Rəcəb Fərəczadə komandadan ayrıldı. Dəyişikliklərdən razısız?
- Hələ mən istədiyim kimi oynamırıq. Yeni futbolçular tam uyğunlaşmayıblar. Daha çox çalışmaq lazımdı. Bu komanda üzərində bir qədər də çalışsa, birgə oynasa, daha çox şeyə qadirdi.

- Bu heyətlə Dördlər finalına çıxa biləcəksiz?
- Bizə daha bir neçə yeni futzalçı lazımdı. Bunu klub prezidentinə də demişəm. Böyük ehtimalla onlar braziliyalı və ispan olacaq. Təəssüf ki, hələ yerli kadrlarla güclənə bilmirik.

- “Araz”da yerli oyunçular çox azdı.
- Bu, təkcə “Araz”ın yox, bütövlükdə Azərbaycan futzalının problemidi. Mən komandanı gücləndirə biləcək yerli oyunçu tapa bilmirəm.
- Bəzi mütəxəssislər sizin işinizi tənqid edirlər və istefa verməli olduğunuzu düşünürlər...
- Bu, onların fikridi. Mən buna reaksiya verə bilmərəm. Amma onu deyə bilərəm ki, üzərində işləmək lazım olan material olmayandan sonra, yığmaya kimi gətirsəz də, heç bir fərqi olmayacaq. Hətta dünyanın ən tanınmış mütəxəssisi də olsa...

- Bəs bu vəziyyət nə vaxta qədər davam edəcək?
- Nə qədər ki, yaxşı yerli oyunçular olmayacaq, mən yığmada braziliyalılara güvənəcəm.

- Azərbaycan AÇ-2014-ün finaal mərhələsində İtaliya və Sloveniya ilə qarşılaşacaq. Püşükün nəticəsindən razısız?
- Bizim üçün ideal variant Belçika və Ukrayna olardı. Amma indiki rəqiblərimizi də pis seçim hesab etmirəm. Rəqiblərə hörmətlə yanaşırıq. Təəssüf ki, pley-off mərhələsində qrupumuzdan çıxacaq komandanı İspaniya ilə duel gözləyir. Bu, ən arzuolunmaz komandadı. Amma qrupdan çıxmağa borcluyuq.