10 oktyabr 2013 22:16
PFL rəsmiləri Naxçıvana getdi
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Naxçıvandakı stadionun vəziyyətini yoxlamaq üçün nümayəndələrini səfərə yollayıb. Azerisport.az xəbər verir ki, bu gün səhər saatlarında Naxçıvana yollanan PFL rəsmiləri stadionun vəziyyəti, geyinib soyunma otaqlarının durumuyla maraqlanıb.
Naxçıvanda müzakirə olunan əsas məsələlərdən biri Super Kubok matçında təhlükəsizliyin təmin olunması olub.
Qeyd edək ki, Super Kubok oktyabrın 23-də “Neftçi”ylə “Xəzər Lənkəran” arasında olacaq.
