10 oktyabr 2013 11:21
Ağdamda Qarabağa rəqib yaradıldı (FOTO)
Azərbaycanda daha bir futbol klubu yaradılıb. Azerisport.az xəbər verir ki, yeni klub “Şəfəq” adı ilə yaranıb.
Sözügedən komanda Ağdamı təmsil edəcək. Qeyd edək ki, Ağdamı indiyə qədər yalnız “Qarabağ” təmsil edirdi.
Yeni yaranan komandanın baş məşqçisi Elçin Nuridi. Hələlik bu komanda həvəskarlar arasındakı ölkə çempionatında çıxış edəcək. Komanda ev oyunlarını Buzovnadakı “Xəzri” stadionunda keçirməyi planlaşdırır.
Növbəti mövsümdən isə “Şəfəq”in Birinci Divizionda iştirakı gözlənilir. Sözügedən çempionatın ev oyunlarını isə bu komanda Ağdamın Quzanlı qəsəbəsində keçirəcək.
