11 oktyabr 2013 00:01
Bernard Lippert: Layiqli qələbə qazandığımızı düşünürəm
Gənclərdən ibarət futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Bernard Lippert DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində səfərdə Norveçə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis 3:1 hesabıyla qalib gəldikləri görüşü belə şərh edib:
“Birinci hissədə rəqibin güclü təzyiqi vardı. Lakin Norveç yığmasının həmlələrinin öhdəsindən komandamızın əzmkarlığı və qapıçımızın məharətli oyunu sayəsində gəldik. Fasilədən sonra daha yaxşı oynamağa başladıq. Bunun nəticəsində bir neçə qol epizodu yarada bildik. Layiqli qələbə qazandığımızı düşünürəm. Bu qələbəni dünən keçirilmiş president seçkisində qələbə qazanmış dövlət başçısına həsr edirik”.