11 oktyabr 2013 00:06

Yubiley qarşılaşmasında ilk qələbə arzusu!

Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq. Azerisport.az xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi yığmamızın bu dəfəki rəqibi Şimali İrlandiya olacaq.
 
Qeyd edək ki, bu, komandamızın cari seçmə mərhələdəki doqquzuncu oyunu olacaq. Foqtsun yetirmələri ötən ilə təsadüf edən ilk dörd oyunda öncə Bakıda İsraillə 1:1 hesablı heç-heçəyə razılaşmış, ardından səfərdə Portuqaliya (0:3) və Rusiyaya (0:1) məğlub olmuşdu. Şimali İrlandiya ilə səfər oyununda isə 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Bu ilin ilk oyununda səfərdə Lüksemburqla qolsuz heç-heçəyə razılaşmalı olduq. Bu komanda ilə Bakıdakı qarşılaşmada da qələbə qazana bilmədik – 1:1. Portuqaliya ilə ev oyunumuz isə 0:2 hesablı məğlubiyyətlə başa çatdı. Nəhayət, son olaraq İsraillə səfər oyununu da 1:1 hesablı heç-heçə ilə başa vurmuşuq.
 
Göründüyü kimi, millimiz geridə qalan oyunlarda qələbəyə həsrətdi. İndi Berti Foqtsun yetirmələri 3 xal həsrətinə Şimali İrlandiya ilə ev oyununda son qoymağa çalışmalıdı. Səkkiz oyundan 5-də heç-heçə edən komandamız 3 görüşdə uduzub. Topların fərqi də xeyrimizə deyil – 4:10.

Şimali İrlandiya yığması da cari seçmə tsikldə səkkiz oyununu arxada qoyub. Yığmamızla Belfastadkı heç-heçədən (1:1) başqa bu komanda Lüksemburqla da ev oyununda da eydandan eyni hesabla ayrılıb. Şimali irlandiyalılar Portuqaliya ilə səfər oyununda da 1:1 hesablı heç-heçəyə nail olublar. Rusiyaya səfərdə 0:2 hesabıyla uduzan bu komanda evdə şimal qonşularımızı 1:0 hesabıyla məğlub ediblər. İsraillə və Portuqaliya ilə ev oyunları rəqibimiz üçün uğursuz alınıb: müvafiq olaraq 0:2 və 2:4. Lüksemburqla səfər qarşılaşmasında da irlandlar meydanı 2:3 hesablı məğlubiyyətlə tərk etmişdilər. Bütövlükdə, 8 qol vuran Şimali İrlandiya yığması öz qapısından 14 top buraxıb.
 
Şimali İrlandiya yığması FİFA-nın son açıqlanan reytinq cədvəlində 86-cı yeri tutur. Düzdü, bu dəfəki rəqibimiz Portuqaliya və Rusiya qədər nəhəng rəqib təsiri bağışlamasa da, hər halda zəif də deyil. Yəni yığmamız bu komandaya heç də yuxarıdan aşağı baxmamalıdı. Ən azından ona görə ki, şimali irlandiyalılarla müqayisədə reytinq cədvəlindəki yerinə görə millimiz (maraq üçün bildirək ki, millimiz hazırda 107-ci pillədə qərarlaşıb) bu rəqibindən xeyli geridədi. Amma bu, Şimali İrlandiya ilə görüşdə xal və ya xallar qazanmaq şansımızın olmadığı anlamına gəlməməlidi.
 
Şimali İrlandiya millisinə yerli mütəxəssis Maykl O`Nil başçılıq edir. 44 yaşlı yerli mütəxəssis 2012-ci ildən etibarən bu yığmanı çalışdırır. 2006-cı ildən məşqçilik edən mütəxəssis Şotlandiyanın “Breşin Siti” və İrlandiyanın “Şamrok Rovers” komandasında da fəaliyyət göstərib.
 
Qeyd edək ki, bu komanda millimiz üçün tanış rəqibdi. Belə ki, Şimali İrlandiya bundan öncə bir dəfə də dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına rəqib olub. 2004-cü il oktyabrın 9-da Bakıda baş tutan qarşılaşmada qolsuz bərabərlik qeydə alınıb. 2005-ci ilin 3 sentyabrında keçirilən görüşdə isə şimali irlandiyalılar 2:0 hesablı qələbəyə sevinmişdilər.
 
Göründüyü kimi, Şimali İrlandiya ilə qarşılaşmalar yığmamız üçün o qədər də uğurlu alınmır. Düzdü, bu rəqiblə iki dəfə heç-heçə etsək də, bir dəfə məğlub olmuşuq. Qələbəmiz isə yoxdu. Bu üzdən də yığmamız nəinki cari seçmə mərhələdə, həm də şimali irlandiyalılarla oyunlarda ilk qələbəsini reallaşdırmağa çalışmalıdı.
 
Azərbaycan millisinin bu günkü matçı həm də 2013-cü ildə doqquzuncu oyunu olacaq. Yanvar-fevral aylarına təsadüf edən Dubay toplanışı çərçivəsindəki ilk oyununda Özbəkistanla qarşılaşan təmsilçimiz qolsuz heç-heçəyə razılaşmışdı. Ardından isə Lixtenşteynlə görüşən futbolçularımız 1:0 hesablı qələbəyə imza atmışdılar. Qətərlə səfərdə keçirdiyi yoxlama oyununda heç-heçəyə (1:1) razılaşan Foqtsun yetirmələri son sınaq matçında da Maltanı Bakıda 3 cavabsız qolla yendilər. Rəsmi oyunlara gəlincə, Lüksemburqla iki heç-heçə (səfərdə 0:0, evdə 1:1) yanaşı Portuqaliyaya məğlubiyyət (0:2) var. Sonuncu İsraillə səfər görüşü isə 1:1 hesabıyla bitmişdi.
 
Sonda onu da qeyd edək ki, yığmamız bu gün tarixi ərzində 200-cü matçına çıxacaq. İndiyəqədərki oyunların 36-da qələbə qazanmışıqsa, 53-də də heç-heçə ilə təsəlli tapmışıq. 110 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 141 qol vurduğumuz halda, öz qapımızdan 343 top çıxarmışıq.
 
DÇ-2014-ün seçmə mərhələsi
F qrupu
11 oktyabr
 
21:00. Azərbaycan - Şimali İrlandiya
Hakimlər: Andrea De Marko, Rikardo Di Fiore, Alessandro Giallatini, Mauro Berqonzi (İtaliya).
Hakim-inspektor: Adrian Kaşa (Malta).
Komissar: Kuaniş Kanapyanov (Qazaxıstan).
Bakı. “Bakcell Arena”.
 
1
Rusiya
8
6
0
2
15
4
11
18
2
Portuqaliya
8
5
2
1
16
8
8
17
3
İsrail
8
3
3
2
17
12
5
12
4
Şimali İrlandiya
8
1
3
4
8
14
-6
6
5
Lüksemburq
8
1
3
4
7
19
-12
6
6
Azərbaycan
8
0
5
3
4
10
-6
5

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.