10 oktyabr 2013 12:16
Berti Foqts: Məndən start heyətini açıqlamağı gözləməyin
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis start heyəti ilə bağlı bunları dilə gətirib:
“Start heyəti? Bunu indi məndən gözləməyin. Əgər bu, öz aramızda qalsaydı, deyərdim. Amma jurnalistləri tanıyıram. Ağzını açan kimi, beş dəqiqə sonra hər şey mətbuatda olur”.
“Start heyəti? Bunu indi məndən gözləməyin. Əgər bu, öz aramızda qalsaydı, deyərdim. Amma jurnalistləri tanıyıram. Ağzını açan kimi, beş dəqiqə sonra hər şey mətbuatda olur”.
