11 oktyabr 2013 00:17
Yığmamızın rəqibi dörd qolla qalib gəldi
19 yaşadək futbolçular arasında AÇ-2014-ün seçmə mərhələsi çərçivəsində 3-cü qrupun daha bir oyunu baş tutub. Azerisport.az xəbər verir ki, millimizin də yer aldığı bu qrupun oyunları İsveçdə keçirilir.
Azərbaycanın rəqiblərindən Bosniya və Herseqovina İsveçlə üz-üzə gəlib. Meydan sahibləri bosniyalıları 4:1 hesabıyla məğlub ediblər.
Qeyd edək ki, millimiz də ilk oyununu İrlandiyaya qarşı keçirmiş və 0:2 hesabıyla məğlub olmuşdu.
Yığmamız növbəti matçını oktyabrın 12-də Bosniya və Herseqovinaya qarşı keçirəcək. İsveç isə İrlandiya ilə üz-üzə gələcək.
