11 oktyabr 2013 22:53
Millimiz Şimali İrlandiyaya qalib gəldi (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi yığmamızın bu dəfəki rəqibi Şimali İrlandiya olub.
Qeyd edək ki, bu, yığmamızın tarixi ərzində 200-cü matçı idi. Yubiley qarşılaşması komandamız üçün uğurlu alınıb. Nəticədə, millimiz minimal hesabla qalib gəlib. Bu, həm də cari seçmə mərhələdəki ilk qələbəmiz olub.
Maraq üçün bildirək ki, yığmamız indiyəqədərki oyunların 37-də qələbə qazanıb, 53-də də heç-heçə ilə təsəlli tapıb. 110 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 142 qol vurduğumuz halda, öz qapımızdan 343 top çıxarmışıq.
DÇ-2014-ün seçmə mərhələsi
F qrupu
11 oktyabr
Azərbaycan - Şimali İrlandiya - 2:0 (0:0)
Qollar: R.Dadaşov, 58 (1:0), M.Şükürov, 90+5 (2:0)
Hakimlər: Andrea De Marko, Rikardo Di Fiore, Alessandro Giallatini, Mauro Berqonzi (İtaliya).
Bakı. “Bakcell Arena”.
Oyun başladı. Yığmamıza uğurlar arzulayırıq!
5. Bruntun zərbəsini K.Ağayev tutur
8. Petersenin zərbəsi qapının üstündən keçir
15. Komandamız tədricən təşəbbüsü ələ almağa çalışır
15. Bruntun uzaqdan zərbəsini Kamran dəf edir
19. Uardın zərbəsi qapıdan yan keçir
23. Uardın yaxın məsafədən baş zərbəsinə K.Ağayev inanılmaz reaksiya nümayiş etdirir
24. Qonaqların korner vuruşunu komandamız zərərsizləşdirir
25. Komandamız az qala hesabı açacaqdı. Amma R.Dadaşov yaxın məsafədən çərçivəni nişan ala bilmir!
27. Branın zərbəsi yenə Kamranda qalır
28. Mahirin əla ötürməsini Rauf əla zərbəylə qapıya yönəltsə də, qapıçı qola imkan vermir
29. Korner vuruşumuz da uğursu alınır
32. Brantın zərbəsini Kamran dəf edir
33. Qonaqlar korner qazanır. Müdafiə xəttimiz diqqətli oynayırlar
37. Uardın daha bir təhlükəli zərbəsi qapının üstündən keçir
38. Petersen hesabı açmağa çox yaxın olsa da, yenə millimizin bəxti gətirir
40. Komandamız yenə də daha çox müdafiəyə üstünlük verir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Foqts fasilədə V.Nadirovu C.Hüseynovla əvəzləyib
46. Qonaqlar daha bir korneri boşa verirlər
49. Mahirin daha bir əla ötürməsini Rüfət yaxın məsafədən qolla tamamlaya bilmir
51. Uardın elə də qüvvətli olmayan zərbəsini Kamran tutur
55. Norvud sarə vərəqə alır
56. M.Şükürovun cərimə zərbəsini qapıçı iki cəhddə tuta bilir
58. QOOOOOOOOOOOOOOOL! R.Əliyevin ötürməsindən sonra R.Dadaşov hesabı açır - 1:0
61. Qonaqların korner vuruşu qeyri-dəqiq zərbəylə tamamlanır
62. Əla hücumu R.Əliyev qeyri-dəqiq zərbəylə tamamlayır
63. R.Ramaldanov sarı vərəqə alır
64. Norvudun cərimə zərbəsi qapıdan yan keçir
66. Hodsonu Makqin əvəzləyir
74. Brantın əvəzində meydana Makkey çıxır
76. Komandamız daha bir korner qazanır. Əliyevin zərbəsi qapıdan aralı keçir
82. A.Abdullayevi C.Özkara əvəzləyir
84. Uardın əvəzində meydana Qriqq daxil olur
86. Norvudun cərimə zərbəsi qapıdan aralı keçir
87. Qonaqların çox təhlükəli hücumu zamanı Kamran və müdafiəçilərimiz hesabın bərabərləşməsinə çətinliklə də olsa, mane olurlar
88. İrlandların korner vuruşu zamanı həlledici zərbə dəqiq olmur
89. Makuli sarı vərəqə ilə cəzalanır
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+3. R.Dadaşovu B.Hüseynov əvəzləyir
90+4. C.Evans cərimə meydançası yaxınlığında Raufa qarşı kobudluğa görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulur
90+5. QOOOOOOOOOL! M.Şükürov cərimə zərbəsini qolla tamamlayır - 2:0
Matç başa çatdı
AZƏRBAYCAN: 1. Kamran Ağayev, 4. Mahir Şükürov, 5. Elnur Allahverdiyev, 8. Qara Qarayev, 14. Rəşad Sadıqov (k), 3. Rasim Ramaldanov, 15. Araz Abdullayev, 19. Rahid Əmirquliyev, 10. Rüfət Dadaşov, 11. Rauf Əliyev, 17. Vüqar Nadirov.
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 2. Bədavi Hüseynov, 13. Əli Gökdəmir, 18. Maksim Medvedev, 20. Ufuk Budak, 21. Vladimir Levin, 6. Rəşad Sadiqov, 16. Cavid Hüseynov, 22. Əfran İsmayılov, 7. Vaqif Cavadov, 9. Cihan Özkara.
ŞİMALİ İRLANİYA: 1. Roy Keroll, 2. Li Hodson, 4. Qaret Makauli, 5. Conni Evans, 10. Şeyn Ferqyuson, 14. Kreyq Katkart, 8. Stiven Devis (k), 11. Kris Brunt, 16. Oliver Norvud, 19. Ceymi Uard, 9. Martin Peterson.
Ehtiyat oyunçular: 12. Alan Mannus, 23. Maykl Makkoven, 3. Daniel Lafferti, 6. Kris Beyrd, 17. Aleks Brüs, 18. Rori Makardli, 7. Rayan Makqiven, 13. Korri Evans, 21. Sammi Klingen, 15. Uilliam Qriqq, 20. Uilliam Makkay, 22. Endryu Littl.
| 1 | Rusiya | 8 | 6 | 0 | 2 | 15 | 4 | 11 | 18 | |
| 2 | Portuqaliya | 8 | 5 | 2 | 1 | 16 | 8 | 8 | 17 | |
| 3 | İsrail | 8 | 3 | 3 | 2 | 17 | 12 | 5 | 12 | |
| 4 | Azərbaycan | 9 | 1 | 5 | 3 | 6 | 10 | -4 | 8 | |
| 5 | Şim.İrlandiya | 9 | 1 | 3 | 5 | 8 | 16 | -8 | 6 | |
| 6 | Lüksemburq | 8 | 1 | 3 | 4 | 7 | 19 | -12 | 6 |
