11 oktyabr 2013 00:23
Portuqaliya Azərbaycanı 2-ci pilləyə saldı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AÇ-2015-in seçmə mərhələsi çərçivəsində yer aldığı 8-ci qrupda daha bir oyun keçirilib. Azerisport.az xəbər verir ki, Portuqaliya doğma divarlar arasında İsraillə qarşılaşıb.
Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb. Portuqaliyalılar 3 cavabsız qolla qalib gəliblər.
Qeyd edək ki, ötən gecə yığmamız da səfərdə Norveçlə qarşılaşdı və 3:1 hesablı inamlı qələbəyə imza atdı. Bu qələbə millimizi qrup lideri etsə də, Portuqaliyanın qələbəsindən sonra komandamız ikinci pilləyə düşüb.
Maraq üçün bildirək ki, millimiz növbəti matçını dörd gün sonra - oktyabrın 15-də Bakıda məhz Portuqaliyaya qarşı keçirəcək.
| 1 | Portuqaliya | 2 | 2 | 0 | 0 | 8 | 1 | 7 | 6 | |
| 2 | Azərbaycan | 3 | 1 | 1 | 1 | 5 | 8 | -3 | 4 | |
| 3 | İsrail | 2 | 1 | 0 | 1 | 7 | 5 | 2 | 3 | |
| 4 | Norveç | 3 | 1 | 0 | 2 | 4 | 9 | -5 | 3 | |
| 5 | Makedoniya | 2 | 0 | 1 | 1 | 1 | 2 | -1 | 1 |
