10 oktyabr 2013 12:32
Berti Foqts: Ruslan Abışovu kimin əvəzləyəcəyini bilmirəm
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis cəzalı olan Ruslan Abışovla bağlı bunları dilə gətirib:
“Ruslan Abışov cəzalıdı. Amma hələ onu kiminlə əvəzləyəcəyimizi bilmirəm. Mümkündü ki, dörd yarımmüdafiəçi ilə oynayaq. Son vaxtlar Cavid Hüseynovun oyunu xoşuma gəlir. Ruslan komandamız üçün vacib oyunçudu. Onun bir qədər də yaxşı sürəti olsaydı, daha gözəl olardı”.