10 oktyabr 2013 12:42
Berti Foqts: Mənim heç kimə borcum yoxdu
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts məcburi sosial sığorta haqqı ödəmədiyi barədə açıqlamalara münasibət bildirib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis Azərbaycanda qeydiyyata düşmədiyi barədə iddialarla bağlı bunları dilə gətirib:
“Mən bütünvergiləri ödəmişəm. Heç kimə borcum yoxdu. Heç kimdən də qaçmıram. Əks halda mənə belə gözəl ölkədə işçi vizası verilməzdi. FİFA-da mənim AFFA ilə müqaviləm var. Orda hər şey aydın göstərilib”.