10 oktyabr 2013 12:53
Şahin Diniyev: Bu, Azərbaycan futbolundakı ən uzun müddətli müqavilədi
“Rəvan” bu gün yeni baş məşqçisi Şahin Diniyevi ictimaiyyətə təqdim edib. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis daha sonra öz fikirlərini açıqlayıb:
“Komandanı qarşıdakı oyunlara hazırlamaq, səviyyəni qaldırmaq lazımdı. Mənim karyeramdakı ən ağır işim “Terek”in gənclərdən ibarət komandasında olub. Amma orda beş aya istəyimə nail olmuşam. İndi “Rəvan”da da mənə bir o qədər vaxt lazımdı. 2.5 il bəlkə də Azərbaycan futbolundakı ən uzun müddətli müqavilədi. Komanda bir ailə olmalıdı. Prezidentdən tutmuş ən adi işçiyə qədər hamı əl-ələ verib çalışmalıdı. Onda nəticə də olacaq”.
