10 oktyabr 2013 13:04

“Şimali İrlandiya üzərində qələbə gözləyirəm”

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis öncə bunları dilə gətirib:
 
“Komandanın Şimali İrlandiya ilə oyuna hazırlığından razıyam. Hava da gözəldi. Mətbuatda yazıblar ki, biz hazırlığa çox tez başlamışıq. Amma bu, belə deyil. Biz böyük futbol ölkələrini cəmi bir gün qabaqlamışıq. Heyətlə bağlı müəyyən problemlərimiz var. Bildiyiniz kimi, Ruslan Abışov cəzalı olduğundan, oyunu buraxacaq. Vaqif Cavadovun da kiçik zədəsi var”.
 
“Ruslanı kim əvəzləyəcək? Hər şey son məşqdən asılı olacaq. Mümkündü ki, dörd yarımmüdafiəçi ilə oynayaq. Cavid Hüseynovun oyunu son vaxtlar xoşuma gəlir. Düzdü, Ruslan komandamız üçün çox vacib oyunçudu. Onun bir qədər sürəti də olsaydı, daha gözəl olardı”.
 
Foqts rəqib komandadan da danışıb: “Rəqibi yaxşı tanıyırıq. Həm güclü, həm də zəif cəhətlərini bilirik. Onlar sərt oyuna üstünlük verirlər. “İkinci mərtəbədə” yaxşı təsir bağışlayırlar. Futbolçularıma bu komanda barədə kifayət qədər informasiya vermişəm. Şimali İrlandiya üzərində qələbə gözləyirəm. Rəşad Sadıqovun İsraildəki kimi oynamasıını gözləyirəm. Həmin oyunda kapitan əsl liderlik keyfiyyətlərini göstərmişdi. Komanda üzərində təzyiq var. Ama ümid edirəm ki, heç bir problemlə üzləşmərik”.
 
Foqts yaradılan qol vəziyyətlərindən lazımınca yararlana bilməməyimizi də qabardıb: “Futbolçular başa düşməlidilər ki, onları Premyer Liqa oyunları gözləmir. Çempionatın son oyunlarını izləmişəm. Hücumlar çoxdu, qol vəziyyətləri də. Amma onları dəyərləndirmək baxımından böyük problem var. Biz bunun üzərində çalışmalıyıq. Çünki Avropa səviyyəli oyunlarda qol vəziyyətlərindən maksimum yararlanmayan cəzalandırılır”.
 
Alman məşqçi start heyətini açıqlamaqdan imtina edib: “Bunu məndən gözləməyin. Start heyətini indi açıqlaya bilmərəm. Əgər öz aramızda qalsaydı, deyərdim. Amma jurnalistləri yaxşı tanıyıram. Ağzını açan kimi beş dəqiqə sonra hər şey mətbuatda olur”.

Foqts “Rüfət Dadaşov Azərbaycan Premyer Liqasında oynaya bilər” sualına belə cavab verdi: “Mən oyunçunun meneceri deyiləm. Bəs siz onu həqiqətən Azərbaycan Premyer Liqasında görmək istəyirsiz”?
 
Yığmamızın çalışdırıcısıs sonda Azərbaycanın bu seçmə mərhələdə qələbə qazanıb-qazanmayacağına münasibət bildirdi: “Sizə bu barədə Rusiya ilə oyundan sonra dəqiq cavab verə bilərəm”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.