11 oktyabr 2013 01:25
“Hafiz Məmmədov komandaya yeni nəfəs gətirdi”
“Bakı”nın prezidenti Hafiz Məmmədovun Madrid “Atletiko”sunun ardından “Lans”ın formasına “Land of Fire Azerbaijan” (Odlar Yurdu Azərbaycan) sözlərini yazdırması getdikcə daha geniş müstəvidə ölkəmizin reklamına xidmət edir. Azerisport.az xəbər verir ki, bu, eyni zamanda İspaniya və Fransa mediasının da diqqət mərkəzindədi.
Buna misal olaraq “Lans”ın aparıcı futbolçularından olan Pyer Dyukasinin yerli mətbuata verdiyi müsahibəsini göstərmək olar. Futbolçunun dediklərini qısa olaraq diqqətinizə çatdırmaq istəyirik:
“Hafiz Məmmədovun kluba sahib çıxması bizə çox gözəl təsir etdi. Bu komandaya yeni impuls verdi. Jerve Martel yenidən kluba qayıtdı. Antuan Kambuarenin gözəl komanda yığmasının da “Lans”ın çempionata yaxşı başlamasına təsiri oldu. Biz gördük ki, hər şey “Lans”ın xeyrinə oldu. Bir sözlə, Hafiz Məmmədov komandaya yeni nəfəs gətirdi”.
