10 oktyabr 2013 13:49
Xəzər Lənkərandan 8 cavabsız qol
Artıq üç gündü ki, Lənkərandakı bazasında hazırlığını davam etdirən “Xəzər Lənkəran” bu gün əvəzedici komandası ilə ikitərəfli oyun keçirib. Azerisport.az xəbər verir ki, üç hissədən ibarət görüşün hər hissəsi 30 dəqiqə olmaqla 90 dəqiqə davam edib.
Əsas komandanın üzvlərinin bir çoxu növbə ilə əvəzedici komandanın heyətində çıxış edib. Bu mənada sarı və yaşıl rəngə bölünən komandaların görüşündə “yaşıllar” 8:0 hesabı ilə qalib gəlib. Etame Mbilla, Zohair Benuahi, Elnur Abdullayev, Deyvid Sakkoninin fərqləndiyi görüşdə Junior Nildo da 4 dəfə toru silkələyib.
Bu görüşlə Lənkərandakı hazırlığını yekunlaşdıran “Xəzər Lənkəran” günortadan sonra istirahətə buraxılacaq. Komanda oktyabr ayının 14-də Bakıda toplaşaraq “Simurq”la oyunun hazırlığına start verəcək.
