10 oktyabr 2013 14:47
Vaqif Cavadov Şimali İrlandiyaya qarşı oynamayacaq
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı forma geyə bilməyəcək. Azerisport.az xəbər verir ki, buna səbəb “İnter”in forvardının zədəli olmasıdı.
Bunu yığmamızın baş məşqçisi Berti Foqts da təsdiqləyib. Düzdü, almaniyalı mütəxəssis bu gün keçirdiyi mətbuat konfransında Cavadovun oynayamayacağını ehtimal kimi irəli sürmüşdü. Amma onun oynamayacağı artıq dədiqdi.
“İnter”in futbolçusunun sonrakı Rusiya ilə görüşdə iştirakı da sual altındadı.
