10 oktyabr 2013 16:10
Azərbaycan Super kuboku uğrunda matçın nominal meydan sahibi bəlli oldu
23 oktyabr 2013-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində keçiriləcək Azərbaycan Super kubokunun nominal ev sahibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Peşəkar Futbol Liqasında “Neftçi” və “Xəzər Lənkəran” klublarının nümayəndələrinin iştirakı ilə keçirilmiş püşkatmaya əsasən “Xəzər Lənkəran” klubu Azərbaycan Super kubokunun nominal ev sahibi olacaq.
Azərbaycan Super kuboku
23 oktyabr (çərşənbə)
Xəzər Lənkəran – Neftçi
Naxçıvan şəhər stadionu.
