10 oktyabr 2013 16:46
Saymon Devis: Azərbaycanlılar futbol oynamağı bacarırlar
Futbol üzrə Şimali İrlandiya yığmasının kapitanı Saymon Devis DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün keçirilən mətbuat konfransında bunları dilə gətirib:
“Bu, bizim üçün çox vacib oyundu. Bu komandaya qarşı bir oyun keçirmişik. Ona görə azərbaycanlılar haqda nəsə bildiyimi deməzdim. Sadəcə, bir şeyi bilirəm ki, onlar futbol oynamağı bacarırlar”.
