10 oktyabr 2013 16:57
Millimizin üzvləri prezident seçkisində (VİDEO)
2014-cü ildə Braziliyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də Şimali İrlandiya, oktyabrın 15-də isə Rusiya yığması ilə keçirəcəyi oyunlarla əlaqədar oktyabrın 5-dən etibarən Bakı şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının üzvləri AFFA rəhbərliyinin Mərkəzi Seçki Komissiyasına müraciətinə əsasən bu gün 36 saylı Xətai dördüncü seçki dairəsi, 55 saylı orta məktəbdə yerləşən 9-cu məntəqədə Prezident seçkisində iştirak edərək səs veriblər.
