10 oktyabr 2013 17:03
Maykl O`Nil: Şimali İrlandiya gücünə görə qrupun dördüncüsüdü
Futbol üzrə Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O`Nil DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün keçirilən mətbuat konfransında öncə bunları dilə gətirib:
- Biz son oyunda Lüksemburqa uduzmuşuq. Bu üzdən qarşıdakı oyunda üç xal qazanmaq istəyirik. Bunu çox arzulayırıq. Ciddi problemimiz yoxdu. İtkilərə gəlincə, iki oyunçumuzun zədəsi həyacan təbili çalmağı tələb edir. Azərbaycan yığmasını yaxşı tanıyırıq. Şəxsən mən rəqib düşərgədə Rahid Əmirquliyevi, Cihan Özkaranı və Rauf Əliyevi fərqləndirərdim. Əvvəlki tsikllərlə müqayisədə Azərbaycan bu il daha yaxşı təsir bağışlayır. Baxmayaraq ki, tez-tez heç-heçə edir. Bu oyun hər iki komanda üçün vacib əhəmiyyət daşıyır.
- Berti Foqts Belfastdakı qarşılaşmada hakimin meydan sahiblərinə simpatiya göstərdiyini iddia edir. Siz onunla razısız?
- Biz həmin oyunda erkən qol buraxdıq. Bu, arxayınlıqdan irəli gəlirdi. Mən hakimin kiməsə simpatiya bəslədiyini deməzdim. Biz həmin cavab qolunu vurmağa layiq idik.
- Biz həmin oyunda erkən qol buraxdıq. Bu, arxayınlıqdan irəli gəlirdi. Mən hakimin kiməsə simpatiya bəslədiyini deməzdim. Biz həmin cavab qolunu vurmağa layiq idik.
- Devid Hill Azərbaycan yığmasına iki qol vurub. Siz onu niyə heyətə salmamısız?
- Təəssüf ki, o, artıq karyerasını başa vurub.
- Təəssüf ki, o, artıq karyerasını başa vurub.
- Komandanızın Azərbaycanla oyundakı hədəfi nədən ibarətdi?
- Biz gənc futbolçuları sınamağa çalışacağıq. Əlbəttə, qələbə qazanmaq istəyirik. Amma əsas hədəf təcrübə toplamaqdı. Biz seçmə mərhələni mümkün qədər üst pillələrdə başa vurmaq haqda danışmırıq.
- Biz gənc futbolçuları sınamağa çalışacağıq. Əlbəttə, qələbə qazanmaq istəyirik. Amma əsas hədəf təcrübə toplamaqdı. Biz seçmə mərhələni mümkün qədər üst pillələrdə başa vurmaq haqda danışmırıq.
- Azərbaycan dördüncü olsa, məyus olmayacaqsız?
- Əlbəttə, məyus olarıq. Gücümüzə görə, biz qrupun dördüncü komandasıyıq. Buna da nail olmaq istəyirik. Amma futbolda hər şey olur.
- Əlbəttə, məyus olarıq. Gücümüzə görə, biz qrupun dördüncü komandasıyıq. Buna da nail olmaq istəyirik. Amma futbolda hər şey olur.
