10 oktyabr 2013 17:23
Bir oyunun başlama tarixi dəyişdi
Futbol üzrə Azərbaycan Birinci Divizionunda 5-ci turun bir oyununun başlama tarixi dəyişdirilib. Azerisport.az xəbər verir ki, söhbəti “Turan-T” – “Lokomotiv” oyunundan gedir.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Məlumatda bildirilir ki, qarşılaşma aşağıdakı tarixdə keçiriləcək.
12 oktyabr (şənbə)
“Turan-T” – “Lokomotiv”
Tovuz şəhər stadionu, 14:00.
