11 oktyabr 2013 18:24
Azərbaycan kuboku: 1/16 final oyunlarının proqramı açıqlandı
Futbol üzrə Azərbaycan kuboku uğrunda yarışların 1/16 final mərhələsinin oyun cədvəli açıqlanıb. Azerisport.az xəbər verir ki, qalibin tək oyunla müəyyən olunacağı bu mərhələnin oyunları 23 və 30 oktyabr tarixində keçiriləcək.
Qarşılaşmalardan üçü ayın 23-də, daha biri isə 30-da baş tutacaq.
Azərbaycan kuboku
1/16 final
23 oktyabr (çərşənbə)
Şuşa – Şahdağ
Mil-Muğan – Lokomotiv
MOİK – Qaradağ Lökbatan
30 oktyabr (çərşənbə)
Araz Naxçıvan – Ağsu
