11 oktyabr 2013 19:50
İnter Spartaka qalib gəldi
Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışında olan "İnter" ilk yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, Kaxaber Sxadadze yetirmələrini Sxinvali "Spartak"ı ilə oyunda sınayıb.
Oyun "İnter"in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 4-cü dəqiqədə Mirsahib Abbasov açıb. 60-cı dəqiqədə isə Samir Zərgərov rəqib qapısına yol tapıb.
Qeyd edək ki, "İnter" ikinci oyununu sabah Rustavi "Metallurq"una qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
