11 oktyabr 2013 21:57
Azərbaycan yığmasını Portuqaliyanın keçmiş məşqçisi çalışdıracaq
Yaxın vaxtlarda Azərbaycan futbolunda yeni baş məşqçi peyda olacaq. Azerisport.az xəbər verir ki, söhbət Portuqaliya yığmasının keçmiş baş məşqçisi Ze Miqeldən gedir.
Ze Miqel çimərlik futbolu üzrə Azərbaycan yığmasını çalışdıracaq. O, gələn həftə Bakıya gələcək və AFFA ilə müqavilə imzalayacaq. Yeni məşqçi Azərbaycan yığmasını Bakıda keçiriləcək Avropa Oyunları-2015-ə hazırlayacaq.
Ze Miqel Portuqaliya yığmasına on il rəhbərlik edib.
