11 oktyabr 2013 23:15
Maykl O`Nil: Nəticəyə görə məyusuq
Futbol üzrə Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O`Nil DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı Bakıda keçirilmiş oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, şimali irlandiyalı mütəxəssis 0:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Nəticəyə görə məyusuq. Birinci hissədə biz daha yaxşı oynadıq. İkinci hissəyə də yaxşı başlamışdıq. İlk qolu buraxmağımız planlarımıza daxil deyildi. Məhz bu qoldan xüsusi vəziyyətimiz olmadı. Halbuki, ilk yarıda çox yaxşı qol vəziyyətlərimiz var idi”.
