11 oktyabr 2013 23:23
Vüqar Nadirov: Biz bu qələbəyə çoxdan layiq idik
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Nadirov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı Bakıda keçirilmiş oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 2:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyun çətin alındı. Amma seçmə mərhələdə ilk qələbəmizi qazanmağımız çox xoş oldu. Biz bu qələbəyə çoxdan layiq idik. Lakin buna yalnız tsiklin sonunda nail ola bildik. Ona görə də bu üç xal çox xoşdu”.
