11 oktyabr 2013 23:30
Maykl O`Nil: Berti Foqts buna görə məndən üzr istədi
Futbol üzrə Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O`Nil DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı Bakıda keçirilmiş oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, şimali irlandiyalı mütəxəssis 0:2 hesabıyla başa çatan görüşdən sonra öncə bunları dilə gətirib:
“Nəticəyə görə məyusuq. Birinci hissədə biz daha yaxşı oynadıq. İkinci hissəyə də yaxşı başlamışdıq. İlk qolu buraxmağımız planlarımıza daxil deyildi. Məhz bu qoldan xüsusi vəziyyətimiz olmadı. Halbuki, ilk yarıda çox yaxşı qol vəziyyətlərimiz var idi.
- Hesab etmirsiz ki, Azərbaycan ilk oyunda da qələbəyə layiq idi və matçın əsas vaxtına ədalətsiz şəkildə 6 dəqiqə əlavə olunmuşdu?
- Belfastdakı oyundan sonra Foqts öz oyunçularının hərəkətinə görə məndən üzr istəmişdi. Ona görə də mən həmin altı dəqiqənin ədalətli olduğunu düşünürəm.

- Siz komandanızın qrupda dördüncü yeri tutmağa layiq olduğunu demişdiniz. İndi də bu fikrinizdə qalırsız?
- Mən daha çox layiq olduğumuzu deməmişdim. Mən demişdim ki, dördüncü olmağımız pis olmazdı.

- Demək olar ki, siz Azərbaycan yığmasını yaxşı analiz etməmişdiniz?
- Mən Azərbaycanın bu qrupdakı bütün oyunlarına baxmışdı. Rəqibimizi yaxşı tanıyırdıq. Komandanızın gücünə də bələd idim. Güclü müdafiə xəttinə malik olan komandadı. Ruslan Abışovun oynamaması da bizim üçün əlavə bir üstünlük idi.

- Komandanız niyə ikinci hissədə zəif oynadı?
- Məncə, fasilədə edilən dəyişiklik Azərbaycan yığmasına kömək etdi. Rəqibimiz məhz bundan sonra müdafiədə daha yaxşı oynamağa, qol vəziyyətləri yaratmağa başladı. Çox yaxşı on dəqiqə keçirdilər və qol vurdular. Bundan sonra hücuma atılsaq da, bəhrəsiz oldu.

- Siz oyundan sonra Foqtsa öz narazılığınızı bildirdiniz?
- Mən bəzi futbolçuların hərəkətlərindən narazı qaldım. Foqts buna görə məndən üzr istədi. Dediyim kimi, o, bunu Belfastda da etmişdi.