11 oktyabr 2013 23:35
Berti Foqts: Bu qələbə bizim üçün böyük addımdı
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı Bakıda keçirilmiş oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis 2:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bu gün biz hamımız qalib gəldik. Çox çətin oyun oldu. Amma uşaqlar ikinci hissədə komanda oyunu göstərə bildilər. Birinci hissədə isə çoxlu səhvlərimiz var idi. Buna görə də ilk yarıdakı çıxışımızdan narazı qaldım. Mövqe səhvlərinə yol verirdik, hücumda daha diqqətli oynaya bilmirdik. İlk yarıda bəxtimiz də gətirdi. Rəqib bir yox, bir neçə qol vura bilərdi. Lakin müəyyən taktiki dəyişikliklərdən sonra komanda gözəl futbol nümayiş etdirdi. Bu qələbə yığmamız üçün böyük addımdı. Jurnalistlərə alqışlarına görə təşəkkürümü bildirirəm. Bunu görmək çox xoşdu. Altı ildə bu, birinci və ya ikinci dəfədi”.
