11 oktyabr 2013 23:55
Berti Foqts: 8 xal məni tam qane etmir
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı Bakıda keçirilmiş oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis 2:0 hesabıyla başa çatan görüşdən sonra öncə bunları dilə gətirib:
- Bu gün biz hamımız qalib gəldik. Çox çətin oyun oldu. Amma uşaqlar ikinci hissədə komanda oyunu göstərə bildilər. Birinci hissədə isə çoxlu səhvlərimiz var idi. Buna görə də ilk yarıdakı çıxışımızdan narazı qaldım. Mövqe səhvlərinə yol verirdik, hücumda daha diqqətli oynaya bilmirdik. İlk yarıda bəxtimiz də gətirdi. Rəqib bir yox, bir neçə qol vura bilərdi. Lakin müəyyən taktiki dəyişikliklərdən sonra komanda gözəl futbol nümayiş etdirdi. Bu qələbə yığmamız üçün böyük addımdı. Jurnalistlərə alqışlarına görə təşəkkürümü bildirirəm. Bunu görmək çox xoşdu. Altı ildə bu, birinci və ya ikinci dəfədi. Qələbəni isə ölkə prezidenti İlham Əliyevə həsr edirik. Bu, bizim ona hədiyyəmizdi.
- Maykl O`Nilin sözünə görə, siz ondan bəzi futbolçularımızın hərəkətinə görə üzr istəmisiz. Bilmək olar konkret nəyə görə?
- Onun belə söz deməsinə inanmıram. Mən onun qarşısında üzr istəməmişəm. Nəyə görə üzr istəməliyəm ki? Mənə elə gəlir ki, o mənim qarşımda üzr istəməlidi ki, onlar Belfastda olmayan cərimə zərbəsindən qol vurdular.

- Sizin üçün 8 xal uğurdu? Yoxsa komandamızın potensialı daha böyükdü?
- Mənim üçün bu, azdı. Biz Lüksemburqu da hər iki oyunda məğlub etməliydik. İsraili də məğlub edə bilərdik. İndi özünüz nə qədər xal itirdiyimizi hesablayın. Moskvada da Rusiya olmayan penaltidən qol vurdu. Halbuki, orda da xal qazanmağa layiq idik. Komandamız gəncdi. Oyunçular razı ola bilərlər. Amma mən yox.
- Üç il öncə sizə aftafa hədiyyə olunmuşdu. Sizə bu dəfə yeni müqavilə təklif olunsa, Azərbaycanda qalmaq istərsiz?
- Mən çox təəssüf edirəm ki, belə jurnalistləri mətbuat konfranslarına buraxırlar. Almaniyada belələrinə imkan verilməzdi.
- Mən çox təəssüf edirəm ki, belə jurnalistləri mətbuat konfranslarına buraxırlar. Almaniyada belələrinə imkan verilməzdi.
- Rusiya ilə oyunda heyətdə dəyişiklik olacaq?
- Bəli. Belə ağır oyundan sonra futbolçuların durumuna baxmağımız vacibdi. Ruslar 3-4 gündən bir oynamağa alışıq ola bilərlər, amma biz yox. Abışov heyətə dönəcək. Ramaldanov sarı vərəqə limiti səbəbindən oynamayacaq. Kimin daha hazırlıqlı olmasına da baxmalıyam. Sabahdan Rusiya ilə oyunun hazırlığına başlayacağıq.