12 oktyabr 2013 00:01
Rəşad Sadıqov: Taktiki dəyişiklik etdik və qələbə qazandıq
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Rəşad Sadıqov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı Bakıda keçirilmiş oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 2:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Qonaqlar bizə qarşı heç gözləmədiyimiz taktikanı seçmişdilər. Ona görə də birinci hissədə bizdə heç nə alınmırdı. İki tam fərqli hissə alındı. İkinci hissədə biz taktikata dəyişiklik etdik. Bunun da sayəsində oyunun gedişatı dəyişdi. Layiqli qələbə qazandıq”.
