12 oktyabr 2013 00:12
Rüfət Dadaşov: Rusiyaya qarşı daha yaxşı əhval-ruhiyyədə hazırlaşacağıq
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı Bakıda keçirilmiş oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 2:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Ağır oyun oldu. Amma biz yaxşı oynadıq. Xüsusilə də ikinci hissədə. Şadam ki, qol vurduq. Rusiyaya qarşı daha yaxşı əhval-ruhiyyədə hazırlaşacağıq”.
