11 oktyabr 2013 12:23
Mingəçevirdə seminar keçiriləcək
Oktyabrın 12-də Mingəçevir şəhərində Həvəskarlar Liqasının oyunlarına təyinat alan hakim-inspektorlar üçün seminar keçiriləcək. Azerisport.az xəbər verir ki, Hakim-İnspektorlar Komitəsinin məsləhətçisi Qürbət Həsənov və Şahin Cəfərovun rəhbərliyi ilə keçiriləcək seminarda Mingəçevir, Gəncə, Tovuz, Ağstafa, Yevlax və Qax rayonunu təmsil edən 16 hakim-inspektor iştirak edəcək.
