11 oktyabr 2013 13:56

Elxan Abdullayev: Berti Foqts oyunçuları elə kökləməlidi ki...

Futbol üzrə Azərbaycan yığmasının sabiq məşqçisi Elxan Abdullayev millimizin bu gün DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı keçirəcəyi oyun barədə fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
 
“Yığmamızın bu oyununun necə alınacağını deyə bilmərəm. Amma nəyəsə nail ola bilməsək, çox acınacaqlı olacaq. Məşqçilərdən tutmuş futbolçusuna qədər millinin hər bir üzvü necə böyük məsuliyyət daşıdıqlarını anlamalıdılar. Yığmamız hazırda sonuncu pillədə qərarlaşıb. Mümkün qələbə həm Lüksemburqu, həm də Şimali İrlandiyanı qabaqlamağımıza səbəb ola bilər. Şimali İrlandiya Rusiya və Portuqaliya qədər güclü rəqib deyil. Ona görə də biz bu oyunda üç xal qazana bilərik. Belfastdakı qarşılaşma yığmamız üçün çətin alınmışdı. Rəqib daha üstün futbol sərgiləmişdi. Şəxsən həmin görüşdə yığmamızın sərgilədiyi oyun mənim xoşuma gəlməmişdi. Doğma divarlar arasında isə Azərbaycan millisi həmişə daha güclü oyun sərgiləyir. Burdakı oyunda artıq daha çox psixoloji amillər önəmli rol oynayacaq. Fikrimcə, hər şeydən çox futbolçuların özlərinə inanması lazımdı. Foqts oyunçuları elə kökləməlidi ki, onların hər biri uğur qazanacağına tam inanmalıdı. Şimali İrlandiya qeyri-sabit oyun sərgiləyir. Bu da rəqibin problemlərinin olmasından xəbər verir. Amma onu da unutmaq olmaz ki, britaniyalıların güclü xarakteri, öz oyun üslubları var. Bizdə isə “ikinci mərtəbədə” müəyyən problemlər yarana bilər. Bu oyunda daha çox yük müdafiənin üstünə düşəcək. Qonaqların da itiriləsi heç nəyi qalmayıb, onlar da son oyunlarına çıxırlar. Şimali İrlandiya da başa düşür ki, uduzsa, qrup sonuncusu ola bilər. Ona görə də maksimum diqqətli olmalıyıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.