11 oktyabr 2013 16:15
“Yığmamızın hücumçuları yaxşı formada deyillər”
Futbol üzrə Azərbaycan yığmasının sabiq məşqçisi Elxan Abdullayev millimizin bu gün DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı keçirəcəyi oyun barədə fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, komandamızın hücum xətti ilə bağlı bunları söyləyib:
“Düzünü deyim ki, mən Rüfət Dadaşovun klubunda necə oynadığını bilmirəm. Hətta internetdə onun iştirakı olan hansısa bir video tapmaq da çətindi. Buna görə də onun hazırkı vəziyyəti ilə bağlı heç nə deyə bilmərəm. Ümumiyyətlə, hücumçularımız heç də yaxşı formada deyillər. Rauf Əliyev digər forvardlarla müqayisədə bir qədər yaxşı təsir bağışlayır. Son iki oyunda hücumçularımızın hansı formada olmasından yox, onların bu görüşlərə necə hazırlaşmasından, yanaşmasından daha çox şey asılıdı. Uşaqlar sadəcə öz güclərinə inanmalıdılar. Mən yığmamızın bütün üzvlərinə uğurlar arzulayıram. Hücum – ciddi mövqedi. Ön xəttdə oynayan futbolçuların işi qol vurmaqdı. Onlar bunu bacardıqları halda, öz azarkeşlərini sevindirirlər. Bir daha xatırlarmaq istərdim ki, milli üzvləri yığmamızın formalarını geyindiklərinə görə ilk növbədə azarkeşləri düşünməlidilər”.